Al-Mehdi
Ya Məhdi ədrikni !  
 

Ana Səhifə

 

İmamlar (ə)

 

İmam Məhdi (ə.f)

 

Xəbərlər

 

Çat

 

Forum

 

Video Tube

 

Foto Qaleriya

 

Dini təqvim

 

Sorğu

 

Dost saytlar

 

Ziyarətçi dəftəri

Sayt 30.01.2008-də təsis olunub.

Xəbərlər

Son Xəbərlər
ERMƏNİLƏR YENİ TERRORLARI
tarih 19.02.2008, 12:07 (UTC)
 Azərbaycana məxsus milli xalça növlərindən olan Kiçi xalçaları Amerikada erməni xalçaları kimi təqdim olunur. Bu barədə Qubada fəaliyyət göstərən Qədim Quba Xalçaları İstehlakı müəssisəsinin rəhbəri Xumar Məmmədova ANS PRESS-in bölgə müxbirinə bildirib. Belə ki, X. Məmmədova ABŞ-ın Azərbaycandakı səfirliyinin İcma Əlaqələrinin Genişləndirilməsi layihəsi çərçivəsində Amerikanın Missuri ştatının Kanzassiti şəhərində olarkən bunun şahidi olub. Belə ki, özəl satış mağazalarından birində Azərbaycanın milli xalça növlərindən olan və hazırda da ölkəmizdə toxunan bu xalçanın üzərində Ermənistana məxsus olması yazılıbmış. X. Məmmədova satıcıdan xalçanın haradan gətirildiyi barədə soruşsa da o, bu barədə məlumatsız olduğunu bildirib.
X. Məmmədova bu kimi halların tez-tez rast gəlindiyini bildirib. Onun fikrinə görə, belə halların qarşısını almaq üçün Azərbaycandan çıxarılan sənət nümünələrinin dövlət və ya özəl müəssisələrdə istehsal olunmasına baxmayaraq gömrükdən keçərkən üzərlərində Azərbaycan sözünün yazılmasına fikir verilməlidir.


ANS PRESS
 

İSRAİL QORXUYA DÜŞÜB
tarih 19.02.2008, 11:32 (UTC)
 İsrail höküməti Hizbullah rəsmilərinin bəyənatından sonra təhlükəsizlik tədbirlərini gücləndirib.

İslam-Azeri-nin İsrail KİV-lərinə istinadlı xəbərinə görə bir həftə öncə terror aktı nəticəsində şəhid edilən Livan Hizbullahının hərbi komandirlərindən olan İmad Muğniyyənin qisasının alınmasından ehtiyatlanaraq təhlükəsizlik tədbirlərini gücləndirib.

İsrail Ordusu Qərargah rəisi Aşkenazinin mühafizə və cangüdənləri çoxaldılıb. Çünkü israil xüsusi xidmət orqanları Hizbullahın əsas hədəfini Aşkenazi olduğunu düşünürlər.

Bundan əlavə hökümətin bütün yüksək rütbəli rəsmiləri və ordunun zabitlərinə mühafizəçi və cangüdənlər də ayırıblar. 10-CU Kanalın verdiyi xəbərə görə hətta məzuniyyətdə də nazirlər mühafizə olunacaqlar.

Bizdən: Necə deyərlər qorxan gözə çöp düşər
 

İMAD MUĞNİYYƏNİN ŞƏHADƏTİ
İMAD MUĞNİYYƏ ilə bağlı bütün xəbərlər tarih 19.02.2008, 11:08 (UTC)
 İMAD MUĞNİYYƏNİN ŞƏHADƏTİNDƏ SƏBƏBKARLAR BARƏDƏ AÇIQLAMA
Suriyada terror aktı nəticəsində şəhid edilən Hizbullah rəsmilərindən olan İmad Muğniyyənin qətlində ABŞ, İsrail və bəzi Ərəb ölkələrinin xüsusi xidmət orqanlarının əli olduğu açıqlandı.

İslam-Azeri-nin YDH-ə istinadlı xəbərinə görə Suriyada terror aktı nəticəsində şəhid edilən Hizbullah rəsmilərindən olan İmad Muğniyyənin qətlində ABŞ, İsrail və bəzi Ərəb ölkələrinin xüsusi xidmət orqanlarının əli olduğu Hizbullaha yaxın bir mənbə tərəfindən açıqlandı.

Kuveytdə nəşr edilən Ər-Rəy qəzetinə müsahibə verən Hizbullaha yaxın mənbə bəzi əldə olunan faktlara görə Hizbullahın komandirlərindən olan İmad Muğniyyənin şəhid edilməsində ABŞ-nin texniki dəstəyi, adı çəkilməyən Ərəb ölkələrinin rəhbər işçilərindən birnin maliyyəsi və İsrailin xüsusi xidmət orqanlarının bilavasitə rolunun olduğunu önə çəkib.

Bu mənbə bəzi fələstinli muzdluların da bu terror aktında iştirak etdiyini önə çəkib.

----------------------------------------------

LİVANDA ŞƏHİD MUĞNİYYƏNİN YAD EDİLMƏSİ MİTİNQİ
Livanda Şəhid İmad Muğniyyənin yad edilməsi münasibətilə Beyrutun mərkəzi küçələrinin birində izdihamlı mitinq keçirilib.

İslam-Azeri-nin Əl-MənarTV-yə istinadlı xəbərinə görə Livanda Şəhid İmad Muğniyyənin yad edilməsi münasibətilə minlərlə Hizbullah tərəfdarının iştirakı ilə Beyrutun mərkəzi küçələrinin birində izdihamlı mitinq keçirilib.

Mitinqdə Hizbullahın Parlament təmsilçilərindən biri Adnan Əbdülsəməd çıxış edib. O çıxışında Muğniyyənin şəhadətində rolu olan kəslərin tezliklə cəzalandırılacağını və bəzi qərb KİV-lərinin verdiyi məlumatlara münasibət bildirib.

"İmad Muğniyyə qəhrəmandır. Onun şəhadəti və pak qanı İsraili yer kürəsindən silib təmizləyəcək. O İsrailin və bəzi Qərb xüsusi xidmət orqanlarının hədəfində olmasına baxmayaraq, onun barəsində verdikləri yalançı faktlar hələ sübut olunmayıb. Onun guya təyyarə qaçırması və ya terror aktlarında iştirakı da sübut olunmamış və dəlil də göstərilməmişdir"-deyərək yayılan bəzi dezinformasiyaları böhtan xarakterli olduğunu açıqladı.

Diqqətinizə çatdıraq ki, İsrail KİV-ləri bu terror aktı olan kimi İmad Muğniyyənin İsraildə törədilmiş terror aktlarında əli olduğu və bir neçə səfirlikdə partlayış və təyyarənin oğurlanması kimi yalan xəbərləri yaymışdılar.

----------------------------------------------

Yaxın Şərq Araşdırma Mərkəzinin rəsmi saytının (YDH) Suriyada şəhid edilən Livan müqavimətinin komandirlərindən olan İmad Muğniyyə ilə bağlı hazırladığı materialın tərcüməsi İslam-Azeri tərəfindən sizə təqdim edilir

Hacı Rızvan adıyla tanın İmad Muğniyə 1962-ci ildə Livanın cənubundakı Sur şəhərinə bağlı Tayr kəndində dünyaya gəlib.
Bir çox İslam alimi yetişdirən bir ailənin uşağı olan İmad Muğniyə, "Əhl-i Sünnə və Şiə təriqətlərinə görə İslam Fiqhi" adlı əsərin yazıçısı Cavad Muğniyənin qardaşı oğludur.
Kiçikliyindən Fələstindən difa edən İmad Muğniyə, hələ 15 yaşında olarkən Fələstin Fəth Təşkilatına üzv oldu. Fəth təşkilatında axtardığı mənəvi atmosferi tapa bilmədiyini ifadə edən İmad Muğniyə, bir müddət sonra İslami mübarizəyə qatılmaq üçün Fəthdən ayrılaraq Əməl Hərəkətinə qatıldığını ifadə etdi.
Livanlı Şiələrin Lideri və Əməl Hərəkətinin qurucusu İmam Musa Sədrin qaçırılmasından və İranda İslam İnqilabının reallaşmasından sonra, İslam İnqilabının Lideri Ayətullah İmam Xomeyninin düşüncələri istiqamətində İsrail işğalına qarşı Livanlı gəncləri təşkilatlaşdırmağa başladı.
1982-ci ildəki İsrail işğalı əsnasında Livanlı gənclərlə meydana gətirdiyi müqavimət qrupunun Beyrutun girişindəki "Haled" bölgəsində İsrail ordusuna qarşı verdiyi müvəffəqiyyətli döyüşlə şöhrət qazanan İmad Muğniyə və yoldaşları "Xomeyninin Gücləri" deyə adlandırılmağa başlandı.
Hizbullahın qurulmasından sonra İsrailə qarşı mübarizəsini Hizbullaha qatılaraq verməyə başlayan İmad Muğniye, əməliyyatlarda komandir vəzifəsilə İsrailin 2000-ci ildə cənub Livandan çəkilməsində son dərəcə əhəmiyyətli bir rol oynadı.
İsraillə edilən 2006-cı ildəki İyul döyüşünə də komandirlik edən İmad Muğniyə, "İsrailin məğlubedilməz əfsanəsinə son verən Ərəb komandir" deyə məşhurlaşdı.
İmad Muğniyəyə istiqamətli daha əvvəl də bir çox sui-qəsd təşəbbüsündə olan İsrail, 1996-cı ildə rəsmi olaraq bir hücum reallaşdıraraq Beyrutda bu terror nəticəsində İmad Muğniyenin qardaşı Fuad Muğniyə həyatını itirdi.
İmad Muğniyə, 12 Fevral 2008də Suriyanın paytaxtında terror aktı zamanı şəhid edildi.
İmad Muğniyyə Raqib Hərb və Şəhid Musəvidən sonra şəhid edilən Hizbullahın üçüncü yüksək rütbəlisi sayılır.

----------------------------------------------

AYƏTULLAH XAMENEİNİN SEYYİD NƏSRULLAHA BAŞ SAĞLIĞI VƏ TƏBRİK MESAJI
İslam-Azeri-nin YDH-ə istinadlı xəbərinə görə İslam İnqilabı Rəhbəri Ayətullah Xamenei Hizbullah komandiri İmad Muğniyənin şəhadəti münasibətilə Hizbullah lideri Seyyid Həsən Nəsrullaha baş sağlığı və təbrik msejı göndərib.

İslam İnqilabı Rəhbəri Ayətullah Xamenei Hizbullah komandiri İmad Muğniyənin şəhadəti münasibətilə Hizbullah lideri Seyyid Həsən Nəsrullaha göndərdiyi başsağlığı və təbrik mesajı
Əziz mücahid qardaşım Hörmətli Hüccetülislam Seyyid Həsən Nəsrullah,

Şəhadət, Allah yolunda cihad üçün böyük bir coşğu və eşq içində olan və sonunda da böyük bir feyz ilə səadətə çatanlardan olan muxlis, fədakar mücahid qardaşım Hörmətli İmad Muğniyə qardaşımın özü və belə bir böyük insan yetişdirərək azadlıq və zülmə qarşı mübarizə meydanına təqdim edən Livan xalqı üçün qürur və şərəfdir.

Bu seçmə, fədakar və azad insanın yoxluğu, bütün şərəfli insanlar üçün, onu tanıyanlar üçün, xüsusilə də əziz anası atası, həyat yoldaşı, uşaqları və kədərli dostları üçün böyük bir itkin olsa da onun kimi insanların həyatı və ölümü xalqları oyandıran, gənclərə nümunəlik meydana gətirən və hər kəsə işıqlıq üfüqlərə çatmağın yollarını göstərən bir dastandır.

Qan içiçi və cani Sionistlər bunu bilməlidir ki İmad Muğniyə kimi pak şəhidlərin qanı yüzlərlə İmad Muğniəe yetişdirəcək, zülmə, fəsada və tüğyana qarşı müqaviməti iki qat gücləndirər. Bu böyük şəhid kimi igidlər, həyatlarını, dincliklərini və maddi faydalarını məzlumları müdafiə etmə yolunda zülm və istikbarla mübarizədə fəda etdilər. Bu elə uca bir dəyərdir ki bütün insani vicdanlar, onun qarşısında hörmətlə baş əyərlər.

Allahın rızvanı onun və haqq yolunun bütün mücahidlərinin üstünə olsun.

Mən bu şəhadətə görə sizə, qiymətli ailəsinə və Hizbullahın, Müqavimətin və bütün Livan xalqının şərəfli gənclərinə təbrik edir və başsağlığılarımı təqdim edirəm.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun

Seyyid Əli Xamenei

----------------------------------------------

SEYYİD NƏSRULLAHDAN İSRAİLƏ SƏRT MESAJ
İslam-Azeri-nin Velfecrə istinadlı xəbərinə görə:
Hizbullah lideri Seyyid Həsən Nəsrullah, Livan İslami Müqavimətinin böyük komandiri İmad Muğniyənin şəhadətindən sonrakı çıxışında , Sionist İsrail rejiminə sərt mesaj verdi.

Bismillahir rahmanir ranim
"Möminlərdən elə kəslər vardır ki onlar Allaha verdikləri sözdə sədaqət göstərdilər; onlardan kimiləri əhdlərini yerinə yetirdi, kimiləri isə gözləməkdədir. Onlar heç bir şey qarşilığında sözlərindən dönmədilər"
Allaha verdiyi sözdə sədaqət göstərən və şəhadətə çatmağı arzulayan Şəhid İmad Muğniyə, Seyyidüşşühəda İmam Hüseyinin şəhadət günlərində arzuladığı şəhadətə çatdı. O öz qanını əllərində və kəfənini kürəyində daşıyardı.
Daha gənc yaşlarında böyük zəfərlərə imza atıb şəhadət istəyən Hacı İmad sonunda hədəfinə çatdı. Mən bu ilahi iftixar medalını almasına görə şəhidimizə təbriklərimi təqdim edirəm. O tamamilə bir cihad yuvasında idi; o yuva hələ ayaqdadır, amma indi bu ev, şəhadət yuvasına dönmüşdür.
Mən bu şəhidimizin əziz ana və atasına təbriklərimi təqdim edirəm. Bu ilahi şəhadət və səbr sizlərə müqəddəs olsun. Bütün dünya insanları bilsinlər ki bu cihad evinin ailəsi bütün övladlarını şəhid olaraq təqdim etdilər; Əbu İmadın bütün balaları şəhadətə çatdılar. Bu ailə, cihad və şəhadətə rəhbər olmaqda dayanıqlı bir nümunə idi. Mən onun səbrli, fədakar və mücahid həyat yoldaşına, qızlarına, oğullarına, dostlarına, yaxınlarına, Fələstin, Livan və dünyanın hər bir yanında cihadı davam etdirən bütün mücahidlərə təbriklərimi təqdim edirəm.
Bu əziz qardaşımız şəhidlik medalını boyununa asdı. Hacı İmad Muğniyyə, cihadı, teheccüdü, yorğunluqları və həyatlarının hər bir anı Allah üçün keçən rəhbərlərdən idi. Bunlar Allahın yer üzündə tanınmamış, səmada isə tanınmış əsgərlərindən idi və özləri adına yer üzündən heç bir gözləməsi olmayıb təkcə Allah yolunda haqq və həqiqəti müdafiə edirdilər. Onlar hər cür töhmət və böhtandan uzaqdırlar. Çünki onlar cihad və fədakarlıq meydanından başqa heç bir şeyin arxasında deyil idi.
Belə bir parlaq çöhrələrin Allah yolundakı igidlik və fədakarlıqlarını, varlıqlarının həqiqətlərini şəhadətindən sonra açıqlamağımız lazımdır. Bu gün Ümmətin şəhidi ünvanını daşiyan İmad Muğniyə kimi şəhidlərin bizim üzərimizdəki bir haqqı da bu şəhidlərin tanınmasıdır. Beləliklə insanlar onların cihad və və şəhid ruhlarını özlərinə bələdçi əldə etsinlər.
25 ildən bu günə qədər şəhadət məktəbinə bağlı olan bizlər üçün İmadın şəhadəti bizlər üçün çox təbiidir. Belə ki Seyyid Abbas Musəvi, və Şəhid Raqib Hərbin şəhadətindən sonra da eyni yolda idik. Biz gerçək və qanlı bir döyüşdəyik. Bu döyüşdə İsrail və təcavüzkar Amerikaya qarşı vətən, millət, müqəddəsat və öz izzətimizi müdafiə edirik.
Mən onun pak cənazəsi qarşısında, sizin və Hizbullahın bu anda rəftarının nə olacağını maraqlanan bütün dünyanın qarşısında qəti söyləyirəm ki:
1- Əvvəlcə, onlar İmad Muğniyənin şəhid edilməsini özləri üçün böyük bir müvəffəqiyyət görərkən, biz də İmadın şəhadətini böyük bir müjdə olaraq qiymətləndiririk. Bu şərtlər eynilə Şəhid Raqıb Hərbin şəhid edildiyi zamandakı kimidir. Onun şəhadətindən sonra İsrailin Livanın paytaxtından, Gələcəkdən və Cənubdan çölə çikarıldı. Onun pak qanı və güclü müqaviməti sayəsində biz zəfərə çatdıq.
Sonra Seyyid Abbas Şəhid edildiyində müqavimətin qırılacağını hesab etmişdilər. Ancaq, biz illər içində ayağa qalxıb İsraili zəlil bir şəkildə Livandan çölə atdıq. Xalqımızın müqaviməti və Abbas Musavinin qanıyla müvəffəqiyyətə çatdıq..
Bu gün İmad Muğniyəni şəhid edərək, onun qətl edilməsiylə müqavimətin yox ediləcəyini sanırlar. Onlar onu keçən İyul döyüşünün intiqamı üçün qətl etdilər; lakin bu döyüş hələ davam edir. Çünki atəşkəs elan edilməmiş, bu döyüş maddi, təhlükəsizlik və hərbi baxımdan hələ davam etməkdə olub İyul döyüşündə İsraili dəstəkləyən bütün ölkələr tərəfindən də davam etdirilməkdədir. Onlar Şeyx Raqıb Hərb və Seyyid Abbas Musavini qətl etdikləri zaman olduğu kimi yenə böyük bir yanılma içindədirlər.
Məsuliyyətini üzərimə götürərək bütün dünyaya bunu elan edirəm ki, keçən İyul döyüşündə böyük bir rolu olan İmad Muğniyyə, İmad Muğniyyənin qanlarının töküldüyü bu anda İsrailin səltənətinin çökməsi mərhələsinə hazırlanırıq…
Əgər Şeyx Raqıb Hərbin qanı onları Livan torpaqlarından çölə atdısa, əgər Seyyid Abbas Musavinin qanı onları sərhədlərin xaricinə atdısa, İmad Muğniyənin qanı isə onları varlıq səhnəsindən temilzləyəcəkdir.Bu ehsasiyyətdən qaynaqlanan bir söz deyil. Əksinə parlaq bir anda və dərin bir şüurla deyilən bir sözdür…
Siz hamınız bilirsiniz ki, Ben Gerion İsrail dövlətinin qurucusu idi. Nəticə olaraq, o bu rejimin zəiflik və güc nöqtələrini, müqavimət tarazlıqları və çökmə mexanizmini ən yaxşı bilən bir adam idi. Ben Gerion nə demişdi, yaxşıca dinləyin:
"İsrail ilk hərbi məğlubiyyətdən sonra çökəcək"
İsrail öz döyüşünü 2006 iyulda etdi. Sionistlər bu döyüşün adını 6-cı döyüş qoyarkən, İsrailin strateji ekspertləri bu döyüşü "ilk döyüş" olaraq adlandırdılar. Bütün sağ, sol, milli və elmli İsraillilər döyüşdə məğlubiyyətə uğradıqlarını ittifaqla qəbul etdilər. Vinograd hesabatı gerçəkləri gizləmək üçün nə qədər məşğul oldusa da, İsrail əsgərlərinin uduzmasının üzərini örtə bilmədi. Bu mövzunu Muğniyə deyil, gerçəklərin bir qisimini açıqlayan Vinograd, döyüşün nəticəsi ilə əlaqədar olaraq İsrailin müqəddəratını təyin etdi.
Onlar dünyanın ən irəli texnologiyası və Orta şərqin ən güclü ordusuna sahib olmalarına baxmayaraq niyə məğlub oldular? Çox sadə bir şəkildə ifadə etmək lazım olsa, onlar 33 gün içində Livanda cəsarət dolu çox sərt bir müqavimətlə qarşılaşdılar. Onlar Livanda İmad Muğniyyə, onun qardaşları və tələbələri ilə qarşı qarşıya gəldilər. Bu döyüş qəhrəmanlıqla və əqil ilə həyata keçirilən döyüş idi. İsrail tarixin dəyişməz qanunları və öz təyin olunmuş müqəddəratlarına görə məğlub olmuşdur; və inşallah yaxında da yox olacaq…
Şəhid Muğniyənin mübarək qanı ilə Şəhid Ragıb Hərb, Seyyid Abbas Musəvi, Şəhid Fəthi Şəkaki, Şəhid Əhməd Yasin və müqavimətin şəhid olmuş bütün liderlərinin yolu və qanlarının meyvəsi artıq kamala çatmışdır. Bu qanın sədaqəti və şəffaflığı İslam dünyasının ürəyinə əkilmiş bu təcavüzkar və xərçəng xəstəliyini ortadan qaldıracaq vəziyyətdədir…
2- Bütün dostlar və qayğı duyan hər kəs bilməlidirlər ki, düşmən çox böyük bir axmaqlıq etmişdir. Hacı İmad Muğniyə və bütün həqiqətləri bilən dostlarım mənim önümdədir. Mən dostlarıma və düşmənlərimə deyirəm ki, müqavimətdə qorxu, zəiflik və heç bir zəiflik yoxdur. İmam Muğniyənin qardaşları onun yolunu davam etdirəcək. Onun qanı əvvəlki qanlar kimi, Hizbullah fərdləri arasında dostluq və yaxınlığa səbəb olmuşdur. Ancaq onlar bu gerçəyi anlaya bilməz və idrak edə bilməz, çünki onlar başqa bir mədəniyyətə bağlıdırlar. Hacı Rızvanın qanı bizim gücümüzü, vəhdətimizi daha da artıracaq. Və biz yolumuzu daha açıq bir sahədə davam etdirəcəyik…
Mən dostlarımdan daha çox düşmənə deyirəm ki, Hacı İmad qardaşlarıyla bütün əsaslandıqları vəzifələri müvəffəqiyyətlə yerinə yetirdilər. Əgər bu gün bir şəhid torpağa düşsə, nəyi isə yerinə yetirməmişbir şey qalmamış deməkdir.
Döyüş bitdikdən sonra biz başqa bir günə hazırlanmışdıq. Təcavüzkar İsrailin başqa bir döyüşü bölgə və Livanda başlayacağı günə əvvəldən hazırlanmışdıq. Bu mövzu Vinograd hesabatında da vurğulanmışdır. Döyüşdən sonra mühacirlər döndü və bizim bir çox insanlarımız təmirlə məşğul oldular. Ancaq mücahidlərimiz döyüş bitər bitməz gələcəkdəki başqa bir döyüşə hazırlandılar. Hacı İmad və yoldaşları müvəffəqiyyətə çatdılar. Bu gün Hizbullah və İslami müqavimət hər cür hücum ehtimalı qarşısında ən yüksək səviyyədə hazır vəziyyətdədir. Bu yaxınlarda mərmilərdən danışmışdım, amma bu gün gənclərdən danışıram; çünki bu gənclərin rəhbəri bu gün mənim önümdədir.
Vinograd deyir ki; bir neçə min adamdan ibarət olan mücahidlər bir neçə həftə içində Ortdaoğuda ən güclü hərbi gücə sahib İsrail ordusuna qarşı müqavimət göstərib bu ordunu məğlubiyyətə uğratdılar. Artıq Sionistlər bunu çox yaxşı bilsin ki, gələcəkdəki hər bir döyüşdə qarşılarında bir İmad Muğniyyə və minlərlə mücahidi deyil, İmad Muğniyənin qoyub getdiyi on minlərlə gənc görəcəklər.
3- Dosta və düşmənə deyirəm: Sionistlər İmad Muğniyəni Şamda şəhid etdilər. Bütün məlumat qaynaqlarımız bunu təkid etdi. Mən onlara deyirəm ki siz Hacı İmadı döyüş sahəsinin xaricində şəhid etdiniz. Biz və siz döyüşümüzü Livan sahəsində etdik. Siz bizi bu sahədə öldürürsünüz, biz də sizlə bu sahədə mübarizə edirik. İndi siz bu sərhədləri aşdınız. Keçən İyul döyüşündə etdiyim danışığımda sizə xitab edərək "Ey Sionistlər! Əgər bütünlüklə bir döyüş istəyirsinizsə biz varıq!" demişdim. Mən o zaman möminlərə zəfər vəd etdim, çünki onlara və cihadımıza və xalqımıza güvənim vardı. Bu gün isə yalnız bir cümlə deyirəm: "Zaman məkan və metoda dayaq bu terrorist hücum qarşısında əgər siz Sionistlər belə bir döyüş istəyirsinizsə, bütün dünya bilsin ki biz də bu döyüşə hazırıq..!"
Sözümüzü bütün qatillərə çatdıraraq zəfərə qədər müqaviməti sürəcəyimizi bildirik..

----------------------------------------------

ƏHMƏDİNEJAD LİVAN XALQINA BAŞ SAĞLIĞI VERDİ
İran İslam Respublikasının prezidenti Hizbullahın komandirlərindən olan İmad Müğniyənin məzlumcasına terror edilməsinin sionistlərin ömürlərini qısaldacağını bildirib.

İslam-Azeri-nin İran KİV-lərinə istinadlı xəbərinə görə Mahmud Əhmədinejad cümə axşamı günü Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullaha göndərdiyi başsağlığı müraciətində İmad Müğniyənin məzlumcasına şəhid edilməsi münasibətilə Hizbullahın qəhrəman döyüşçülərinə , Livan xalqına , müsəlman və ərəb xalqlara habelə dünyanın bütün azadlıqsevər insanlarına təbirk və baş sağlığı verib.

Mahmud Əhmədinejad cümə axşamı günü Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullaha göndərdiyi başsağlığı müraciətində İmad Müğniyənin məzlumcasına şəhid edilməsi münasibətilə Hizbullahın qəhrəman döyüşçülərinə , Livan xalqına , müsəlman və ərəb xalqlara habelə dünyanın bütün azadlıqsevər insanlarına təbirk və təsliyət demişdir .

İran prezidenti həmin müraciətdə: " Müğniyə Ərəb və İslam ümmətinin yetişdirdiyi qeyrətli və qəhrəman övladı idi.O, Livanın müstəqilliyi və ərazi bütövlüyünü , həmçinin region xalqlarının şərəfi və izzətini müdafiə uğrunda böyük qəhrəmanlıqlar göstərib və bütün möminlər və pak insanların fəxri olmuşdur. Şərif olan Qüdsü işğal edənlər, bilməlidirlər ki ,onların Livana qarşı basqındakı ağır və utandırıcı məğlubiyyətin xəsarətləri bu kimi cinayətlərlə ödənilməyəcəkdir . Sionistlər öz həyatlarının kökləri və fəlsəfəsini itiriblər və bu kimi cinayətlər onların ömürlərini qisaltmaqdan başqa heç nə ilə nəticələnməyəcək. Şərif olan Qüdsü işğal edənlər, bilməlidirlər ki ,onların Livana qarşı basqındakı ağır və utandırıcı məğlubiyyətin xəsarətləri bu kimi cinayətlərlə ödənilməyəcəkdir. Sionistlər öz həyatlarının kökləri və fəlsəfəsini itiriblər və bu kimi cinayətlər onların ömürlərini qisaltmaqdan başqa heç nə ilə nəticələnməyəcək"-deyib.

İslami Şura məclisinin sədri Həddad Adil də bununla bağlı parlamentdə çıxışı zamanı İsrail rejiminin bu terrorunu qınadığını önə çəkib.

----------------------------------------------

ŞƏHİD MUĞNİYYƏYƏ QARŞI TERRORLA BAĞLI AÇIQLAMA
Çərşənbə axşamında Suriyada şəhid edilmiş Hizbullah rəsmilərindən olan İmad Muğniyyəyə qarşı edilən terror aktından bir neçə dəqiqə sonra çəkilmiş fotolar artıq televiziyalarda nümayiş etdirildi.

İslam-Azeri-nin Əl-Ələm TV-yə istinadlı xəbərinə görə çərşənbə axşamında Suriyada şəhid edilmiş Hizbullah rəsmilərindən olan İmad Muğniyyəyə qarşı edilən terror aktından bir neçə dəqiqə sonra çəkilmiş fotolar KİV-ə təqdim edilib.

Suriyanın xarici işlər naziri İranın xarici işlər naziri Müttəki ilə keçirdiyi mətbuat konfransında terror aktı zamanı baş vermiş partlayışdan sonra avtomobilin arxasında durmuş şəxsin artıq fotolarının Suriya hüquq müdafiə orqanlarında olduğunu və bunun istintaq getdiyinə görə ətraflı açıqlanmadığını bildirib.

Suriyanın xarici işlər naziri İsrailin bu terror aktının arxasında durduğunu şübhə etmədiyini bildirərək: "O kəs ki sülh istəyir terror aktı həyata keçirməz. O kəs ki, sülh istəyir milyonlala insanı Qəzzada blokadada saxlamaz"-deyərək bu terrorla bağlı münasibətini açıqlayıb.

İranın xarici işlər naziri Manuçehr Müttəki isə bu terrorun məhs 2006-cı ilin iyul ayında baş vermiş müharibədə aldığı məğlubiyyətə görə İsrailin fikrinə görə cavabıdır. İranlı nazir bu terrorla bağlı istintaqın getdiyini və bu yaxınlarda açıqlanacağını ümid etdiyini önə çəkib.

------------------------------------------------------------------------------------------
SEPAH KOMANDİRİ:HƏR KƏS TEZLİKLƏ İSRAİLİN MƏHV OLMASINA ŞAHİD OLACAQ !
İran İslam İnqilabının Mühafizə Korpusunun komandiri Muhəmməd Əli Cəfəri İsrailin tezliklə məhv edilməsinə hər kəsin şahid olacağını bildirib.

İslam-Azeri-nin İran KİV-lərinə istinadlı xəbərinə görə İran İslam İnqilabının Mühafizə Korpusunun komandiri Muhəmməd Əli Cəfəri Hizbullah rəhbəri Seyyid Həsən Nəsrullaha baş sağlığı məktubu göndərib.

Məktubda İsrailin tezliklə məhv edilməsinə hər kəsin şahid olacağını bildirib:"Tezliklə Hizbullahın mərd əsgərləri tərəfindən xərçəng mikrobu olan İsrailin məhv edilməsinə hər kəs şahid olacaq".

Seyyid İmad Muğniyyə çərşənbə axşamı Suriyada terror aktı nəticəsində şəhid edilmişdi.

------------------------------------------------------------------------------------------

HƏMAS LİDERİ HİZBULLAHA BAŞ SAĞLIĞI VERDİ
İslam-Azeri-nin FəLəstin İnformasiya Mərkəzinə istinadlı xəbərinə görə:

Fələstinin Həmas Təşkilatı siyasi büro sədri Xalid Məşəl, Hizbullah rəhbəri Seyyid Həsən Nəsrullaha, Hizbullahın hərbi komandiri olan İmad Muğniyyənin şəhadəti münasibətilə baş sağlığı verdi.

Məşəlin 14 Mart Cümə axşamı günü yazdığı məktubunda, Muğniyənin Cənub Livanda keçmişdən bəri Fələstin İnqilabında uzun sürən mübarizə illəri boyunca qəhrəmanlaşdığını ifadə etdi.

Həmas lideri, Hizbullahın bu çətinliyi aşacaq gücə və düşmənin işlədiyi bu cinayətə qarşı ağrılı bir zərbə vuracaq qüdrətə sahib olduğunu vurğuladı.
Həmasın Livan nümayəndəsi Usamə Hamdanın, Muğniyənin cənazə mərasimində iştirak etdiyi xəbər verilir.

----------------------------------------------

İSLAMİ CİHAD TƏŞKİLATININ LİDERİ HİZBULLAHA BAŞ SAĞLIĞI VERDİ
Fələstinin İslami Cihad Təşkilatının sədri də Hizbullaha baş sağlığı verdi.

İslam-Azeri-nin FİM-nə istinadlı xəbərinə görə Fələstin İslami Cihad təşkilatı sədri Ramazan Abdullah Şallah, İmad Muğniyənin şəhadəti münasibətilə Hizbullaha baş sağlığı məqsədilə təşkil edilən məclisdə keçdiyimiz Çərşənbə axşamı günü Suriyanın paytaxtı Şamda şəhid edilən Hizbullah rəsmisi Imad Muğniyənin şəhadətinin yeni bir dövrün açılışının xəbərçisi olduğunu, qanının İsrailin sonunu sürətləndirəcəyini söylədi.

Suriyadakı Yərmuk Mühacir Düşərgəsində təşkil edilən və bütün Fələstinli qrupların nümayəndələrinin qatıldığı başsağlığı mərasimində bir çıxış edən Ramazan Abdullah Şallah, "İsraildə qərar vericilər bu cinayəti imzalamaqla Sionist sistemin tabutuna mismarı çaxmağa başlamışlar. İşğalçılar bu axmaqca alınmış qərarlarının nəticələrini görəcəklər" dedi.

----------------------------------------------










src="http://www.velfecr.com/video/sehid-imad-mugni1.wmv"
pluginspage="http://www.velfecr.com/video/sehid-imad-mugni1.wmv"
type="application/x-mplayer1"
width="240" height="220"
autostart="True"
showcontrols="True"
showstatusbar="True"
showdisplay="True"
autorewind="True"
>




----------------------------------------------










src="http://www.velfecr.com/video/sehid-imad-cenaze-namaz.wmv"
pluginspage="http://www.velfecr.com/video/sehid-imad-cenaze-namaz.wmv"
type="application/x-mplayer1"
width="240" height="220"
autostart="True"
showcontrols="True"
showstatusbar="True"
showdisplay="True"
autorewind="True"
>


 

<-Geri

 1 

Devam->

İzləyicilərin nəzərinə !  
  Əziz saytın izləyiciləri bu saytda yeniliklər aparılır.
Bu baxımdan məlumat toplusu və digər problemlərə görə sizdən üzr istəyirik.

İnşaAllah İslama yaraşan sayt olmağı ümüdü ilə !
 
Ya Məhdi əğisni !  
  www.bizimradio.net  
Bannerlər  
 



media-islam


banner


بسم الله الرحمن الرحيم САЙТ ШИИТОВ ИМАМА АЛИ(мир ему!).
 
Bizim Banner  
 
بسم الله الرحمن الرحيم 
> Imam Mehdi Adina sayt.

 
asa  
  TopGen Online Proxy-Checker
Host: Port:
 
eXTReMe Tracker Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol