Al-Mehdi
Ya Məhdi ədrikni !  
 

Ana Səhifə

 

İmamlar (ə)

 

İmam Məhdi (ə.f)

 

Xəbərlər

 

Çat

 

Forum

 

Video Tube

 

Foto Qaleriya

 

Dini təqvim

 

Sorğu

 

Dost saytlar

 

Ziyarətçi dəftəri

Sayt 30.01.2008-də təsis olunub.

Dini təqvim

DİNİ TƏQVİM

  

RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ

 

Allah-taala müqəddəs Qur`anda buyurur:

إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْرًا فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَ الأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ ...

“Hәqiqәtәn, Allah yanında; göylәr vә yeri yaradarkәn ilahi kitabda mövcud olan ayların sayı on ikidir. Onların dördü haram aylardır”. (Tövbә surәsi, 36-cı ayә)

 

«Qәmәri ayları»

Bildiyiniz kimi, hicri-qәmәri tәqviminin әsası, İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) Mәkkәdәn Mәdinә şәhәrinә hicrәt etmәsi ilә qoyulmuşdur.

Qәmәri tәqvimi aşağıda qeyd olunan on iki aydan tәşkil olunmuşdur:

1-Mәhәrrәm;

2-Sәfәr;

3-Rәbiül-әvvәl;

4-Rәbiüs-sani;

5-Cәmadiül-әvvәl;

6-Cәmadiüs-sani;

7-Rәcәb;

8-Şә’ban;

9-Ramazan;

10-Şәvval;

11-Ziqә’dә;

12-Zi həccә.

Qeyd etmәk lazımdır ki, Tövbә surәsinin 36-cı ayәsindә sözügedən «dörd haram aylar”dan mәqsәd, aşağıdakılardır:

1-Ziqә’dә;

2-Zi hiccә;

3-Mәhәrrәm;

4-Rәcәb.

Müqəddəs İslam şәriәtinin göstәrişinә әsasәn bu dörd ayda müharibәyә başlamaq qadağandır. Elə buna görə də bu aylara «dörd haram ay» adı verilmişdir.

Hәmçinin, qeyd etmәk lazımdır ki, qәmәri tәqvimi, Mәhәrrәm ayı ilә başlanır vә Zi həccә ayı ilә sona yetir.

Bu izahlardan sonra hicri-qәmәri tәqvimi ilә baş vermiş əlamətdar hadisәlәri qeyd edirik:

 

«Mәhәrrәm»

1-Hicri-qәmәri ilinin başlanğıcı;

9-Tasua günü;

10-Aşura günü; İmam Hüseyn (әleyhis-salam)-ın şәhid edildiyi gün;

12-İmam Zeynül-Abidin (әleyhis-salamın)-ın şәhid olduğu gün;

25-Digər rәvayәtә görә, İmam Zeynül-Abidin (әleyhis-salam)-ın şәhid olduğu gün.

 

«Sәfәr»

3-İmam Mәhәmmәd Baqir (әleyhis-salam)-ın anadan olduğu gün;

7-İmam Kazim (әleyhis-salam)-ın anadan olduğu gün;

20-İmam Hüseyn (әleyhis-salam) vә Kәrbәla şәhidlәrinin qırxı;

28-İslam Peyğәmbәri hәzrәt Məhәmmәd (sәllәllahu әlәyhi vә Alihi vә sәllәm)-in vәfatı günü; İmam Həsən Müctәba (әleyhis-salam)-ın şәhid olduğu gün;

30-İmam Rza (әleyhis-salam)-ın şәhid olduğu gün;

 

«Rәbiül-әvvәl»

1-İslam peyğәmbәrinin Mәkkәdәn Mәdinәyә hicrәt etdiyi gün;

8-İmam Həsən Әsgәri (әleyhis-salam)-ın şәhid olduğu gün;

17-İslam Peyğәmbәri hәzrәt Məhәmmәd (sәllәllahu әlәyhi vә Alihi vә sәllәm)-in anadan olduğu gün; İmam Cә’fәr Sadiq (әleyhis-salam)-ın doğulduğu gün;

 

«Rәbiüs-sani»

8-İmam Həsən Әsgәri (әleyhis-salam)-ın anadan olduğu gün;

10-Hәzrәt Mә’sumә (әlәyha salam)-ın vәfatı günü;

 

«Cәmadiül-әvvәl»

5-Hәzrәt Zeynәb (әlәyha salam)-ın anadan olduğu gün;

 

«Cәmadiüs-sani»

3-Hәzrәt Fatimə (әlәyha salam)-ın şәhid olduğu gün;

20-Hәzrәt Fatimə (әlәyha salam)-ın anadan olduğu gün; (qadınlar günü)

 

«Rәcәb»

1-İmam Məhәmmәd Baqir (әleyhis-salam)-ın anadan olduğu gün;

3-İmam Hadi (әleyhis-salam)-ın şәhid olduğu gün;

10-İmam Cavad (әleyhis-salam)-ın anadan olduğu gün;

13-Әmirәl-mö’minin hәzrәt Әli (әleyhis-salam)-ın anadan olduğu gün;

15-Hәzrәt Zeynәb (әlәyha salam)-ın vәfatı günü;

25-İmam Kazim (әleyhis-salam)-ın şәhid olduğu gün;

27-İslam Peyğәmbәri hәzrәt Məhәmmәd (sәllәllahu әlәyhi vә Alihi vә sәllәm)-in peyğәmbәrliyә çatdığı gün (Məb`əs bayramı).

 

«Şә’ban»

3-İmam Hüseyn (әleyhis-salam)-ın anadan olduğu gün;

4-Hәzrәt Әbәlfәzl (әleyhis-salam)-ın anadan olduğu gün;

5-İmam Zeynül-Abidin (әleyhis-salam)-ın anadan olduğu gün’

15-On ikinci İmam hәzrәt Mehdi Sahibəz-zaman (әleyhis-salam)-ın anadan olduğu gün.

 

«Ramazan»

10-Hәzrәt Xәdicә (әleyha salam)-ın vәfatı günü;

15-İmam Həsən Müctәba (әleyhis-salam)-ın anadan olduğu gün;

18-Qәdr gecәsi;

19-Hәzrәt Әli (әleyhis-salam)-ın yaralandığı gün;

20-Qәdr gecәsi;

21-Hәzrәt Әli (әleyhis-salam)-ın şәhid olduğu gün;

22-Qәdr gecәsi.

 

«Şәvval»

1-Fitr bayramı;

25-İmam Cә’fәr Sadiq (әleyhis-salam)-ın şәhid olduğu gün.

 

«Ziqә’dә»

1-Hәzrәt Mә’sumә (әlәyha salam)-ın anadan olduğu gün;

11-İmam Rza (әleyhis-salam)-ın anadan olduğu gün;

30-İmam Cavad (әleyhis-salam)-ın şәhid olduğu gün.

 

«Zi hiccә»

7-İmam Baqir (әleyhis-salam)-ın şәhid olduğu gün;

9-Әrәfә günü;

10-Qurban bayramı;

15-İmam Hadi (әleyhis-salam)-ın anadan olduğu gün;

18-Qәdir-Xum bayramı (hәzrәt Әli әleyhis-salamın İslam Peyğәmbәrindәn sonra İslam ümmәti üçün rәhbәr tә’yin edildiyi gün);

24-Hәzrәt Peyğәmbәrin (s) mübahilә günü

İzləyicilərin nəzərinə !  
  Əziz saytın izləyiciləri bu saytda yeniliklər aparılır.
Bu baxımdan məlumat toplusu və digər problemlərə görə sizdən üzr istəyirik.

İnşaAllah İslama yaraşan sayt olmağı ümüdü ilə !
 
Ya Məhdi əğisni !  
  www.bizimradio.net  
Bannerlər  
 



media-islam


banner


بسم الله الرحمن الرحيم САЙТ ШИИТОВ ИМАМА АЛИ(мир ему!).
 
Bizim Banner  
 
بسم الله الرحمن الرحيم 
> Imam Mehdi Adina sayt.

 
asa  
  TopGen Online Proxy-Checker
Host: Port:
 
eXTReMe Tracker Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol